"Özümü 38 yaşında hiss etmirəm" - Totti

"Bu qol tarixə keçdi. Ancaq vurduğum qol məndən daha çox komandam üçün önəmli idi".

Newsport.az-ın məlumatına görə, bunu "Roma" klubunun kapitanı Françesko Totti UEFA-nın rəsmi saytına açıqlamasında deyib.

Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu kimi taxirə düşən Totti bununla fəxr etdiyini bildirib: "Bir kapitan kimi komandanın oyunundan razı qaldım. İngiltərəyə açıq futbol oynamaq üçün gəlmişdik. Düşünürəm ki, "Roma" tarixində ən yaxşı oyunlarımızdan birini keçirdik. Biz hətta qalib də gələ bilərdik. Qol vurmaq üçün 5-6 yaxşı imkanımız oldu. Unutmayaq ki, rəqibiz güclü və yaxşı futbolçulardan təşkil olunmuş komanda idi.

Çempionlar Liqasında qol vuran ən yaşlı futbolçu olmağımla fəxr edirəm. Lakin mən dayanmaq niyyətində deyiləm və bu əhval-ruhiyyədə davam etmək istəyirəm. Hazırda 38 yaşım olsa da, özümü yaşlı hiss etmirəm".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right