"Traktorsazi"dən növbəti qələbə YENİLƏNİB

Asiya Çempionlar Liqasında qrup mərhələsinin 4-cü turunun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, Cənubi Azərbaycanın "Traktor Sazi" klubu bu gün növbəti matçına çıxacaq.

Təbriz təmsilçisi öz meydanında Özbəkistanın "Paxtakor" klubunu qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 18:45-də başlayacaq.

Qeyd edək ki, turnirin geridə qalan 3 turundan sonra 6 xalı olan "Traktor Sazi" qrupa başçılıq edir. "Paxtakor" isə 4 xalla 3-cü pillədə qərarlaşıb.

 


6 aprel

Asiya Çempionlar Liqası, IV tur

18:45. "Traktor Sazi" - "Paxtakor" 2-0

Qollar: Auqusto Dos Santos, 59. Saed Ağaei, 92.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right