"Qarabağ"ın futbolçusu Muarem Muarem Makedoniya millisinə çağırılıb.
Newsport.az-ın məlumatına görə, 25 yaşlı yarımmüdafiəçi "Avro-2016"nın seçmə mərhələsində Lüksemburq və Ukrayna ilə oyunlar üçün milli komandaya dəvət alıb.
Qeyd edək ki, Makedoniya millisi oktyabrın 9-u Lüksemburqla, oktyabrın 12-i isə Ukrayna yığması ilə qarşılaşacaq.
Qeyd edək ki, Muarem Muarem indiyə kimi Makedoniya millisində 5 oyunda iştirak edib.