"Çelsi" ev oyunlarını müvəqqəti olaraq başqa stadionda keçirəcək.
Newsport.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, buna səbəb London klubunun stadionu - "Sremford Bridc"i genişləndirmək istəməsidir. 41 min 800 tamaşaçı tutumuna malik olan stadionda bu sayın 60 minə yüksəldilməsi planlaşdırılır.
"Stemford Bridc" stadionunda yenidənqurma işləri getdiyi dönəmdə Çelsi"nin rəqiblərini İngiltərədə əsasən reqbi matçlarının keçirildiyi "Tuikenem" stadionunda qəbul edəcəyi gözlənilir.