"Mançester Yunayted" klubunun hücumçusu Ueyn Runi "Vest Hem"lə Premyer Liqa matçında meydandan qovulmasına münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, klubun rəsmi saytına danışan ingilis futbolçu hakimin qərarının haqlı olduğunu bildirib:
"Hakimin qərarı doğru idi. Dauninq əks hücuma keçmək istəyirdi, ancaq mən onun qarşısını qaydalar çərçivəsində almadım. Ona görə meydandan qovulmalı idim. 10 nəfərlə "Vest Hem" kimi komandaya qarşı oynamaq çox çətindir. Buna görə azarkeşlərdən üzr istəyirəm".
Qeyd edək ki, Runi "Vest Hem"lə görüşün 59-cu dəqiqəsində birbaşa qırmızı vərəqə ilə meydandan qovularaq komandasını azlıqda qoymuşdu. Oyun isə "Mançester Yunayted"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.