Dmitri Nazarov komandasını məğlubiyyətdən xilas edə bilmədi

Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun şərəfini qoruduğu "Karlsrue" klubu Almaniya II Bundesliqasında növbəti matçını keçirib.

Newsport.az-ın məlumatına görə,-ın məlumatına görə, "Karlsrue" klubu 8-ci turda evdə "İnqolştad"la qarşılaşıb.

Matçın 42-ci dəqiqəsində meydana daxil olan Nazarov komandasını məğlubiyyətdən xilas edə bilməyib. Görüşün 39-cu dəqiqəsində hesabı açan qonaqlar səfərdən 3 xalla ayrılıblar - 1:0. 

Qeyd edək ki, "Karlsrue" 8 turdan sonra 12 xalla 8-ci pillədə qərarlaşıb. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right