"Mançester Yunayted"in baş məşqçisi Lui van Qal komandasının çox çətin durumda olduğunu deyib.
Newsport.az -ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o bildirib ki, hazırda komandada doqquz zədəli və bir cəzalı futbolçu var.
Lui van Qalın fikrincə, "MY"dakı işi çox çətindir:
"Bir həftəyə doqquz futbolçum zədələndi. "MY"da işimin çox çətin olduğunu bilirəm. Qarşıda başqa çətinlikliklərin olub-olmayacağını bilmirəm. Ancaq yenə də matçlarda qələbə qazanaraq işimizi asanlaşdıra bilərik".