Rusiya Milli Futbol Liqasında 8-ci turun oyunları keçirilir.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” komandası səfərdə KAMAZ-ın qonağı olub.
Qarşılaşma qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra “Soçi” 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
24 avqust
"KAMAZ" - "Soçi" - 2:3
Qollar: V.Semyonov, 22, R.Tkaçuk, 33 - O.Kojemyakin, 4, M.İqnatov, 78, Z.Fedorov, 90+1
Ramil Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, bu nəticədən sonra "Soçi" 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.