“Arsenal” Martin Zubimendini “Çelsi”yə 90 milyon avroya satmağa hazırdır.
Newsport.az “TEAMtalk”a istinadən xəbər verir ki, London təmsilçiləri keçid üçün hazırda danışıq aparır.
Transferin bu yay baş tutacağı gözlənilir. Bruno Gimarayeşin transferindən sonra Zubimendinin “Çelsi”yə keçəcəyi an məsələsidir.
İspanın “Arsenal”la müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, 2025-ci ildə “Real Sosyedad”dan “Arsenal”a keçib.