“Aston Villa” “Yuventus”a müraciət edib Kanadalı hücumçuya görə

“Yuventus”un hücumçusu Conatan Devid karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Newsport.az “SportMediaset”-ə istinadən xəbər verir ki, “Aston Villa” 26 yaşlı futbolçunun mümkün transferi ilə bağlı Turin klubuna müraciət edib. Bildirilir ki, “Yuventus” yeni hücumçu transferi üçün vəsait toplamaq məqsədilə Devidlə yollarını ayırmağa hazırdır.

Kanadalı forvard ötən mövsüm bütün turnirlərdə 46 oyuna çıxıb, 8 qol vurub və 5 məhsuldar ötürmə verib.

Devidin “Yuventus”la müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir. “Transfermarkt” portalı onun dəyərini 30 milyon avro qiymətləndirir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right