Dovbik yeni klubu üçün tibbi müayinədən keçdi

Ukrayna millisinin və “Roma”nın hücumçusu Artem Dovbik karyerasını İtaliya A Seriyasının digər klubunda davam etdirməyə yaxındır.

Newsport.az “Calcio Bologna”-ya istinadən xəbər verir ki, 29 yaşlı futbolçu transfer ərəfəsində ətraflı tibbi müayinədən keçib. “Bolonya” rəhbərliyi sol bud nahiyəsindən keçirdiyi əməliyyatdan sonra Dovbikin tam bərpa olunduğuna əmin olmaq istəyir.

Daha əvvəl yayılan xəbərlərdə ukraynalı hücumçunun “Bolonya”ya icarə əsasında keçəcəyi bildirilmişdi.

Dovbik ötən mövsüm İtaliya A Seriyasında “Roma”nın heyətində 14 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right