“Nyukasl”ın baş məşqçisi Eddi Hou postundan ayrılmağa yaxındır.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, klub rəhbərliyi baş məşqçi dəyişikliyi ilə bağlı artıq qərar verib və hazırda Hounun əvəzləyicisini axtarır.
48 yaşlı mütəxəssis 2021-ci ilin noyabrından “Nyukasl”a rəhbərlik edir.
Komanda ötən mövsüm İngiltərə Premyer Liqasında uğursuz çıxış edib. “Sağsağanlar” Eddi Hounun rəhbərliyi altında 49 xal toplayaraq, mövsümü turnir cədvəlinin 12-ci pilləsində başa vurub.
“Nyukasl” avqustun 8-də növbəti yoxlama oyununa çıxacaq. İngiltərə təmsilçisi həmin matçda “Valensiya” ilə üz-üzə gələcək.