“Mançester Siti”nin sabiq qapıçısı Yunanıstan klubuna keçdi

“Mançester Siti”nin sabiq qapıçısı Stefan Orteqa karyerasını Yunanıstanda davam etdirəcək.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 33 yaşlı qolkiper “Olimpiakos”a transfer olunub.

Orteqanın son klubu “Nottingem Forest” olub. O, bu ilin fevralından etibarən “meşəçilər”in formasını geyinib. 2025/26 mövsümünün başa çatmasından sonra isə azad agent statusu alıb.

Almaniyalı qapıçı ötən mövsüm İngiltərə Premyer Liqasında cəmi üç oyunda meydana çıxıb. O, bu matçlarda dörd qol buraxıb, bir oyunda isə qapısını toxunulmaz saxlamağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right