"Fulhem"in oyunçusu Oskar Bobb karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.
Newsport.az xəbər verir ki, "Roma" norveçli vingeri transfer etmək istəyir. Bu barədə "Retesport 104.2fm" portalı məlumat yayıb.
Paytaxt klubu 23 yaşlı futbolçu üçün artıq rəsmi təklif göndərib. Londonlular hələ ki "Roma"nın təklifinə cavab verməyib.
Qeyd edək ki, "Fulhem" Oskar Bobbu bu ilin yanvarında "Mançester Siti"dən 31,5 milyon avroya transfer edib. Norveç millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 16 rəsmi matçda məhsuldar göstərici ilə yadda qalmayıb.