“Tottenhem”in müdafiəçisi Kristian Romero bu yay komandanı tərk edə bilər.
Newsport.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
London klubu 28 yaşlı futbolçunu 59 milyon avroya satmağa hazırdır. Bununla belə, müdafiəçinin tez-tez zədələnməsi səbəbindən “Tottenhem”in transfer məbləğini təxminən 47 milyon avroya qədər endirə biləcəyi də istisna edilmir.
Romeronun xidmətində “İnter”, “Real”, “Barselona” və “Atletiko” maraqlıdır.
Argentinalı futbolçu ötən mövsüm bütün turnirlərdə 32 oyunda meydana çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib. Onun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.