İngiltərə - Argentina matçı haqda: "Qırmızı vərəqələr və qollar, əsl xaos olacaq"

İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Pol Skoulz DÇ-2026-da yarımfinalda Argentinaya qarşı keçiriləcək görüşdən gözləntilərini bölüşüb.

Newsport.az xəbər verir ki, “Daily Mirror”a danışan veteran futbolçu bu görüşdə ingilislərin qalib gələcəyinə inandığını bildirib:

"Bu, əsl xaos olacaq. Matçın 4:3 hesabı ilə bitəcəyini düşünürəm. Sarı vərəqələr, qırmızı vərəqələr də olacaq...Argentina uduzsa, futbolçuları qəzəbli olacaqlar. Biz onlara uduzsaq, dəhşətli olacaq. Rəqibdə Messi kimi oyunçu olsa belə, fikrimcə, bizim daha yaxşı heyətimiz var. Ona görə də İngiltərənin 4:3 hesabı ilə qalib gələcəyinə inanıram. Lakin dediyim kimi, bu, xaos olacaq - qırmızı vərəqələr, sarı vərəqələr, qollar...".

Qeyd edək ki, İngiltərə-Argentina yarımfinal görüşü bu gün Atlantadakı Mercedes-Benz stadionunda keçiriləcək. Oyuna Bakı vaxtı ilə 23:00-da start veriləcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right