“Valensiya” Yaponiya millisinin yarımmüdafiəçisi Rüyunosuke Satonu transfer edib.
Newsport.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniya klubu 19 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlayıb. Sato “Valensiya” tarixində ilk yaponiyalı futbolçu olacaq.
Qeyd edək ki, Sato ötən mövsümü Yaponiyanın “Fadjana Okayana” klubunda keçirib.