Felipe Luisin təyinatı açıqlandı

"Monako"nun yeni baş məşqçisi müəyyənləşib. Newsport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Fransa təmsilçisi braziliyalı mütəxəssis Filipe Luislə razılaşıb. Onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb. Avqustun 9-da 41 yaşı tamam olacaq Filipe Luis "Monako"ya Braziliyanın "Flamenqo" klubundakı uğurlu fəaliyyətindən sonra gəlib. O, 2025-ci ildə Rio-de-Janeyro təmsilçisini tarixi "kvadrupl"a daşıyıb. Mütəxəssis iki mövsüm ərzində "Flamenqo" ilə 2024-cü il Braziliya Kubokunu, 2025-ci il Braziliya Superkubokunu, Karioka Liqasını, Braziliya çempionatını və Libertadores Kubokunu qazanıb. Filipe Luis əsas komandanın baş məşqçisi kimi keçirdiyi 99 oyunda 62 qələbə qazanıb, 21 heç-heçə edib və 16 məğlubiyyət alıb. O, 2025-ci ildə Cənubi Amerikanın ən yaxşı baş məşqçisi seçilib.



Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right