Marko Palestra "Çelsi"yə transfer olunub

İngiltərənin "Çelsi" klubu İtaliyanın "Atalanta" komandasından müdafiəçi Marko Palestranı transfer edib.

 Newsport.az London təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında bağlanan müqavilənin müddəti 2033-cü ilə qədərdir.

Ötən mövsüm İtaliya A Seriyasında ilin müdafiəçisi seçilən 21 yaşlı futbolçu yeni komandasına hazırlıq dövründə qoşulacaq.

Qeyd edək ki, M.Palestra 2025/2026 mövsümünü icarə əsasında İtaliyanın "Kalyari" klubunda keçirib. O, İtaliya çempionatında 37 oyunda meydana çıxıb. Gənc oyunçu cari ildə İtaliya millisində debüt edib və 2 oyuna çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right