Uruqvay millisində baş məşqçi ilə futbolçular arasında gərginlik

DÇ-2026 zamanı Uruqvay millisinin düşərgəsində futbolçularla baş məşqçi Marselo Bielsa arasında gərginlik yaşanıb.

Newsport.az xəbər verir ki, bu barədə “El Espectador” məlumat yayıb.

Mənbənin iddiasına görə, qapıçı Serxio Roçet, yarımmüdafiəçilər Manuel Uqarte, Rodriqo Bentankur və Federiko Valverde də daxil olmaqla bir neçə aparıcı futbolçu argentinalı mütəxəssislə görüş keçirib.

Futbolçular məşq yüklənmələrinin həddindən artıq çox olmasından narazılıq edərək bunun zədələrə səbəb olduğunu bildiriblər. Onlar həmçinin İspaniya ilə qarşıdakı oyun üçün seçilən taktikanı tənqid ediblər.

Bundan sonra Bielsa bütün komandanı toplayaraq təxminən 50 dəqiqəlik çıxış edib. Təcrübəli mütəxəssis futbolçuların iradlarını qəbul etməyib və buna bənzər halların əvvəllər də yaşandığını vurğulayıb.

Məlumata görə, narazılıq bununla bitməyib. Bir neçə futbolçu məşqçinin nitqi başa çatmamış iclası tərk edib. Komandanın kapitanı Xose Ximenes onları saxlamağa çalışsa da, buna nail ola bilməyib.

Qeyd edək ki, Uruqvay millisinin pley-offa yüksəlməsi üçün İspaniya üzərində qələbə qazanması vacibdir. Digər nəticələrdə isə komanda Kabo-Verde - Səudiyyə Ərəbistanı matçının nəticəsinə və digər qruplarda üçüncü yeri tutacaq komandaların göstəricilərinə ümid etməli olacaq.

Uruqvay - İspaniya oyunu iyunun 27-si Bakı vaxtı ilə saat 04:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right