"Mançester Siti"dən 134 milyon avroluq transfer

"Nottingem Forest"in yarımmüdafiəçisi Elliot Anderson Premyer Liqada klubunu dəyişəcək.

Newsport.az xəbər verir ki, "Mançester Siti" ingiltərəli orta xətt oyunçusunun keçidini həll edib. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Artıq klublar arasında razılıq əldə olunub. "Mançester Siti" 23 yaşlı futbolçusu üçün 134 milyon avro təzminat ödəyəcək.

Qeyd edək ki, "Nottingem Forest" Elliot Andersonu 2024-cü ilin yayında "Nyukasl"dan 41 milyon avroya transfer edib. İngiltərə millisinin üzvü 2025/26 mövsümündə "qırmızılar"ın heyətində meydana çıxdığı 50 rəsmi matçda 4 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right