"Mançester Yunayted" və "Liverpul" eyni futbolçunu istəyir

“Mançester Yunayted" və "Liverpul" "Tottenhem”in 19 yaşlı mərkəz müdafiəçisi Luka Vuşkoviçlə maraqlanır.

Newsport.az “Sky Sport”a istinadən xəbər verir ki, London klubu xorvatiyalı oyunçunu təxminən 70 milyon avro dəyərində qiymətləndirir.

"Liverpul" Vuşkoviçi 34 yaşlı kapitan Virgil van Deyk üçün uzunmüddətli əvəzedici kimi nəzərdən keçirir.

Xorvat futbolçunun “Tottenhem”lə müqavilə müddəti 2030-cu il iyunun 30-na qədərdir. O, “Hayduk”, “Radomiak”, “Vesterlo” və “Hamburq” klublarında oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right