Onana Türkiyədə qalacaq

Andre Onana daha bir mövsüm Türkiyə Super Liqasında qalacaq.

Newsport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

"Trabzonspor" kamerunlu qapıçının icarəyə götürülməsi üçün onun klubu "Mançester Yunayted"lə razılıq əldə edib. 31 yaşlı qolkiper yaxın vaxtlarda komandanın düşərgəsinə qoşulacaq.

Qeyd edək ki, Andre Onana 2025/26 mövsümündə icarə əsasında "Trabzonspor"da çıxış edib. O, Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 33 rəsmi matçda qapısında 40 qol görüb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right