Vinisius Junior: "Ançelottidən hədiyyəmi gözləyirəm"

Braziliya millisinin üzvü Vinisius Junior bildirib ki, yığma komandanın baş məşqçisi Karlo Ançelotti ona hədiyyə söz verib.

Newsport.az "A Bola"ya istinadən xəbər verir ki, Ançelotti Vinisiusa Şotlandiya ilə görüşdə qol vuracağı təqdirdə hədiyyə vəd edibmiş:

"Mən cənab Ançelottiyə baş zərbəsi ilə qol vuracağıma söz vermişdim. Amma o, bunun mümkün olmadığını və bunu etsəm, mənə hədiyyə verəcəyini dedi. İndi isə artıq mən hədiyyəmi gözləyirəm".

Qeyd edək ki, Braziliya millisi DÇ-2026-da 7 xalla qrupda lider olub və pley-offa vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right