"ABŞ ilə matç bizim üçün şərəf oyunudur" Kenan Yıldız

Türkiyə millisinin hücumçusu Kenan Yıldız  DÇ-2026-nın 3-cü turunda ABŞ ilə keçiriləcək oyunla bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, 19 yaşlı futbolçu görüşdən əvvəl təşkil edilən mətbuat konfransında bildirib ki, turnirlə vidalaşacaqları dəqiqləşsə də, oyun komandası üçün böyük əhəmiyyət daşıyır: 

“Bu turnirdən başımız dik ayrılmaq istəyirik. ABŞ ilə matç bizim üçün şərəf və motivasiya oyunudur. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi sevindirək”.

Türkiyə - ABŞ oyunu iyunun 26-da keçiriləcək və Bakı vaxtı ilə saat 06:00-da başlayacaq.

Qeyd edək ki, Türkiyə millisi artıq qrupdan çıxmaq şansını itirib və ABŞ ilə görüş komanda üçün formal xarakter daşıyır. ABŞ isə qrupda liderliyi təmin edərək 1/16 finala vəsiqə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right