"Arsenal"ın braziliyalı hücumçusu Qabriel Jezus karyerasını ukraynalı Vitali Mikolenkonun da çıxış etdiyi "Everton"da davam etdirə bilər.
Newsport.az xəbər verir ki, bu barədə "CaughtOffside" nəşri məlumat yayıb.
"Arsenal" cari transfer pəncərəsi ərzində Jezusu satmaq niyyətindədir. "Topçular" artıq transfer məbləği ilə bağlı tələblərini 20-25 milyon funt-sterlinqə qədər endiriblər.
Hücumçu ilə uzun müddətdir maraqlanan "Everton" yaxın vaxtlarda rəsmi transfer təklifi irəli sürə bilər. Lakin Jezusun həftəlik 265 min funt-sterlinq təşkil edən yüksək maaşı bu keçiddə problem yarada bilər.
Qeyd edək ki, 29 yaşlı braziliyalının "Arsenal" ilə müqaviləsi 2027-ci ilin yayına kimidir və onun transfer dəyəri 20 milyon avro qiymətləndirilir. Daha əvvəl Jezus ilə "Yuventus"un da maraqlandığı bildirilirdi.