Meksika millisinin dünya çempionatının qrup mərhələsinin 3-cü turunda Çexiya üzərində qazandığı qələbədən (3:0) sonra xoşagəlməz hadisə baş verib. Komandanın qələbəsini qeyd edən azarkeşlərin izdihamına avtomobil çırpılıb.
Newsport.az xəbər verir ki, Kabo-San-Lukas şəhərində azarkeş kütləsi qələbəni qeyd etmək üçün yolu bağlayıb. Avtomobillərdən birinin sürücüsü gözləmək istəməyərək birbaşa insanların arasından keçməyə çalışıb.
Qəzəblənən azarkeşlər maşını mühasirəyə alaraq ona zərbələr endirməyə başlayıblar. Nəticədə avtomobil bir neçə nəfəri vurub.
Qeyd edək ki, dünya çempionatı ABŞ, Meksika və Kanadada keçirilir. İyunun 11-də start götürən turnir iyulun 19-da başa çatacaq. Sonuncu dünya çempionu 2022-ci ildə Qatarda təşkil olunan turnirin finalında Fransanı penaltilər seriyasında məğlub edən Argentina millisidir.