İbrahimoviç Messi haqda: "İki matçda 5 qol vurub, mən 2 mundialda qol vura bilmədim"

İsveç millisinin keçmiş hücumçusu Zlatan İbrahimoviç Argentina millisinin kapitanı Lionel Messinin DÇ-2026-da vurduğu qollarla bağlı fikirlərini bildirib.

Newsport.az xəbər verir ki, “FOX”a danışan veteran forvard argentinalı haqda xoş fikirlər səsləndirib:

"Buna şübhə yox idi. Messi penaltini qaçıranda insana bənzəyir, amma bundan sonra elə bir an gəlir ki, o, heç də insana oxşamır! Bu, Messidir. İndiki mundialda iki oyuna artıq 5 qol vurub. Hələ İordaniya yığmasına qarşı oynamayıb. Ona görə də bunun harada bitəcəyini bilmirəm. Messi iki matçda beş qol vurub, mən isə iki mundialda qol vura bilmədim. Mən onun adına xoşbəxtəm və ümid edirəm ki, eyni ruhda davam edəcək. Onun ad günü bir neçə gündən sonradır, ona görə də qoy bundan zövq alsın, çünki hamımız onun oyununu izləməkdən zövq alırıq. O, möhtəşəmdir...Sadəcə möhtəşəm...Onu şərh etməyə söz tapmaq olmur".

Qeyd edək ki, Argentina DÇ-2026-nın 3-cü turunda iyunun 28-də İordaniya ilə qarşılaşacaq. Komanda ilk ikiturdan 6 xal qazanmaqla, artıq pley-offa vəsiqəni təmin edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right