"Barselona"nın hədəfində olan hücumçu "Atletiko"dan ayrılmaq istədiyini açıqladı

"Barselona"nın transfer etmək istədiyi "Atletiko"nun hücumçusu Xulian Alvares gələcəyi ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, ESPN televiziyasına açıqlama verən argentinalı hücumçu Madrid klubundan ayrılmaq istədiyini bildirib:

"Gizlənmək və ya heç nə baş verməmiş kimi davranmaq istəmirəm. Dürüst olmağa çalışıram. "Atletiko" rəsmiləri ilə danışdım və düşünürəm ki, bütün tərəflər üçün ən yaxşısı ayrılmağımdır. Mən öz arzumu reallaşdırmaq istəyirəm".

Qeyd edək ki, "Barselona" Xulian Alvares üçün "Atletiko"ya 100 milyon avroluq rəsmi təklif göndərib. Madrid təmsilçisi isə 27 yaşlı futbolçu üçün 500 milyon avroluq sərbəstqalma məbləğini tələb edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right