İspaniyanın "Real" klubu İngiltərənin "Çelsi" komandasında çıxış edən yarımmüdafiəçi Enzo Fernandesin transferini yaxın zamanda həyata keçirmək qərarına gəlib.
Newsport.az xəbər verir ki, bu barədə İspaniyanın məşhur AS nəşri məlumat yayıb.
Rəhbərlik yaxın günlərdə London təmsilçisi ilə danışıqlar masasına oturmağı planlaşdırır. Hazırda 25 yaşlı argentinalı futbolçunun özü də karyerasını Madrid klubunda davam etdirməyə müsbət yanaşır və bu keçidin reallaşması üçün əlindən gələni edəcəyini rəhbərliyə çatdırıb.
"Real"ın baş məşqçisi Joze Mourinyo Enzonu qurmaq istədiyi yeni komanda layihəsi üçün ideal yarımmüdafiəçi hesab edir.
Qeyd edək ki, "Çelsi" rəhbərliyi daha əvvəl argentinalı ulduz oyunçunu 120 milyon funt-sterlinqdən aşağı olmayan bir məbləğə satmağa hazır olduğunu bəyan etmişdi.