Portuqaliya millisinin baş məşqçisi Roberto Martines 2026-cı il dünya çempionatından sonra komandadan ayrıla bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə futbol federasiyası artıq yeni baş məşqçi axtarışına başlayıb.
Namizədlər siyahısında Serxio Konseysao, Jorje Jesus və Abel Ferreyra yer alıblar.
Daha əvvəl yayılan xəbərlərdə Martinesin karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilmişdi. İspaniyalı mütəxəssislə “Əl-Nəsr”in maraqlandığı qeyd olunur.
Portuqaliya millisi dünya çempionatının qrup mərhələsində keçirdiyi ilk oyunda Konqo yığmasını məğlub edə bilməyib – 1:1.