"Çelsi"dən "Real"a keçən Mark Kukurelya "Barselona" azarkeşlərinin narazılığına və tənqidlərinə münasibət bildirib.
Newpsort.az xəbər verir ki, 27 aşlı müdafiəçi 2016-17-ci illərdə "Barselona"nın B komandasında, 2017-2020-ci illərdə isə əsas komandasında forma geyinib.
"Barselona" azarkeşləri isə bu səbəbdən onun "Real"a keçidinə qəzəbləniblər. İspaniyalı futbolçu "The Guardian"a açıqlamasında deyib: “Hamının fikrinə hörmət etməliyəm. Karyeram ərzində yaşadıqlarıma və "Barselona"da öyrəndiklərimə görə çox minnətdaram. Amma həyatda müxtəlif mərhələlər olur və mən düşündüm ki, bu keçid mənim üçün doğru addımdır. Səni “Real” istəyəndə “yox” demək çox çətindir.
Təzyiq böyük olacaq, amma “Real” kimi kluba keçəndə titullar uğrunda mübarizə aparmaq istəyirsən. Mən buna hazıram. Həyat yoldaşım və onun ailəsi həmişə “Real” azarkeşi olublar.
Artıq futbola azarkeş kimi yox, daha çox özün üçün nəyin yaxşı olduğunu düşünərək yanaşırsan. Çünki bu, biznesdir və hər şey həmişə təsəvvür etdiyin kimi getmir. Həyat yoldaşım çox xoşbəxt olacaq. O, çətin günlərdə həmişə yanımda olub və indi bunlardan birlikdə zövq ala bildiyimiz üçün xoşbəxtəm”.