“Çelsi” uruqvaylı hücumçunu Premyer Liqaya qaytara bilər

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda çıxış edən uruqvaylı hücumçu Darvin Nunyes yenidən İngiltərə Premyer Liqasına qayıda bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 27 yaşlı forvardın xidmətində “Çelsi” maraqlıdır.

London təmsilçisinin yeni baş məşqçisi Xabi Alonso hücum xəttində rəqabəti artırmaq məqsədilə Nunyesi komandasında görmək istəyir. Bildirilir ki, ispaniyalı mütəxəssis, uruqvaylı oyunçunu londonluların vingeri Joao Pedroya əsas rəqiblərdən biri kimi nəzərdə tutur.

Nunyesin “Əl-Hilal”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. O, ötən mövsüm Səudiyyə Ərəbistanı klubunun heyətində keçirdiyi 24 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə verib.

Nunyes daha əvvəl “Liverpul”un formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right