İstanbul klubu Vlahoviç üçün hərəkətə keçdi

"Yuventus"la müqaviləsi iyunun sonunda başa çatan Duşan Vlahoviç karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Fənərbaxça" serbiyalı hücumçunun xidmətində maraqlıdır. Bu barədə "Fanatik" nəşri məlumat yayıb.

İstanbul nəhənginin prezidentliyinə namizəd olan Aziz Yıldırım Vlahoviçi heyətə cəlb etmək istəyir. Funksioner 26 yaşlı forvardın illik 8 milyon avroluq maaş tələbini qəbul edib.

Qeyd edək ki, Duşan Vlahoviç 2025/26 mövsümündə "Yuventus"un heyətində meydana çıxdığı 23 rəsmi matçda 10 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right