"Karvan-Yevlax" legionerləri ilə yollarını ayırıb.
Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Yevlax təmsilçisi Qavi Tompson və Coy-Slayd Mikelsin başa çatan müqaviləsini yeniləməyib.
Hər iki futbolçu mövsümün əvvəlində komandaya cəlb edilmişdi.
Qeyd edək ki, mövsümün yekununa görə "Karvan-Yevlax" Premyer Liqanı tərk edib.