“Turan Tovuz”un futbolçusu dünya çempionatından əvvəl yoxlama matçında meydana çıxdı

“Turan Tovuz”un müdafiəçisi Roderik Millerin şərəfini qoruduğu Panama milli komandası daha bir yoxlama oyunu keçirib. 

Newsport.az xəbər verir ki, Panama millisi Dominikan Respublikasına qarşı oynayıb. Oyun panamalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Miller oyuna əsas heyətdə çıxıb və fasilədən sonra əvəzlənib.

Panamanın növbəti yoxlama oyunu Bosniya və Herseqovina yığmasına qarşı olacaq (6 iyun).

Panama millisi DÇ-2026-da İngiltərə, Xorvatiya və Qana ilə birlikdə L qrupunda yer alıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right