Kyeza İtaliyanın iki klubunun hədəfindədir

“Liverpul”un futbolçusu Federiko Kyeza karyerasını yenidən İtaliyada davam etdirə bilər.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində A Seriyasından iki klub maraqlıdır və transfer ehtimalı real görünür.

Kyeza 2024-cü ildə “Liverpul”a transfer olunmazdan əvvəl bütün karyerasını İtaliyada keçirib. O, “Yuventus” və “Fiorentina” klublarının formasını geyinib.

İtaliyalı futbolçu son mövsümdə bütün turnirlərdə 36 oyunda meydana çıxıb, 3 qol vurub və eyni sayda məhsuldar ötürmə verib. Onun “Liverpul”la müqaviləsinin müddəti 2028-ci ilin iyununa qədərdir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right