Madridin “Real” klubunun prezidentliyə namizəd Enrike Rikelme əzəli rəqibləri “Barselona” ilə bağlı diqqətçəkən açıqlama verib.
Newsport.az xəbər verir ki, o, “OneFootball”a müsahibəsində Kataloniya təmsilçisinin İspaniya ikinci liqasında çıxış etməsini arzuladığını bildirib.
“Barselona”nı Sequndada görmək istəyirəm. Bu, məni sevindirər, böyük zövq verərdi”, - deyə Rikelme bildirib.
O, “Barselona”nın “yox” olmasını istərdinizmi?” sualına isə belə cavab verib:
“Bununla bağlı heç bir problemim olmazdı. Amma mən əsasən “Real”ın qalib gəlməsini istəyirəm. Digər klubların taleyi məni o qədər də maraqlandırmır”.
Qeyd edək ki, “Real”da prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkidə hazırkı prezident Florentino Peres və iş adamı Enrike Rikelme mübarizə aparacaq.