Millinin müdafiəçisi dünya çempionatında iştirak etməyəcək

"Bolonya"nın sağ cinah müdafiəçisi Emil Holm dünya çempionatında İsveç millisinə kömək edə bilməyəcək.

Newsport.az xəbər verir ki, bu barədə İsveç Futbol İttifaqının mətbuat xidməti məlumat yayıb.

​26 yaşlı futbolçu zədə aldığı üçün millinin heyətindən çıxarılıb. Onun əvəzinə yığmaya "Dallas"ın müdafiəçisi Herman Yohansson daxil edilib.

Qeyd edək ki, İsveç millisi DÇ-2026-da F qrupunda Niderland, Yaponiya və Tunis komandaları ilə qarşılaşacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right