“Barselona”nın yarımmüdafiəçisi Pedri gələcəyi ilə bağlı açıqlama verib.
Newsport.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Kataloniya klubundan ayrılmaq fikrində olmadığını bildirib:
“Barselona” mənim üçün dünyanın ən yaxşı klubudur. Onu heç bir kluba dəyişmərəm. Kim nə deyirsə-desin, mənim üçün dünyanın ən böyük klubu “Barselona”dır. Uşaqlıq arzum burada oynamaq idi və hazırda ayrılmaq barədə düşünmürəm”.
Pedri 2019-cu ildə “Las-Palmas”dan “Barselona”ya 23 milyon avro qarşılığında transfer olunub. Onun kataloniyalılarla müqaviləsinin müddəti 2030-cu ilin yayına qədərdir.
22 yaşlı futbolçu 2025/26 mövsümündə bütün turnirlərdə 43 matçda meydana çıxıb, 2 qol vurub və 12 məhsuldar ötürmə verib.