Jesusdan ayrılıq açıqlaması

"Əl-Nəsr"in baş məşqçisi Jorje Jesus Səudiyyə Ərəbistanı Pro Liqasında çempion olduqdan sonra komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Newsport.az xəbər verir ki, 71 yaşlı mütəxəssis komandadan ayrılacağını deyib.

"Mən "Əl-Nəsr"də məşqçilik etməyi Kristianoya "Sənin çempion olmağına kömək edəcəyəm, titul qazanacağıq və sonra gedəcəm" dediyimə görə qəbul etdim. Vəssalam. Mənim üçün hər şey bitdi. Bu, "Əl-Nəsr"in məşqçisi kimi son oyunumdur", - deyə Jesus açıqla verib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis komandanı 2025-ci ilin avqustundan çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right