Deşam İtaliya millisini çalışdıracaq? Açıqlama

Fransa millisinin baş məşqçisi Didye Deşam İtaliya yığmasına mümkün keçidi barədə danışıb. Fransalı mütəxəssis 2026-cı il dünya çempionatından sonra hazırkı vəzifəsindən ayrılacaq.

Newsport.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, bunu deyib:

“Tezliklə azad olacam. Bunu hamı bilir. İtaliya? Heç nəyi istisna etməzdim. Amma bu, hələlik planlarımda deyil. Görək bundan sonra nə olacaq”.

Deşam 2012-ci ildən bəri Fransa millisinə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 2018-ci ildə dünya çempionluğunu qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right