"Zenit"in heyətində SSRİ çempionu olan və hazırda klubda menecer kimi çalışan Vladimir Dolqopolov həbs olunub.
Newsport.az saytının məlumatına görə, o, arvadını döyərək öldürüb. Cütlük istirahət zamanı alkoqol qəbul etdikdən sonra mübahisə edib. Qadın qarın nahiyəsindəki xəsarət və daxili qanaxmadan keçinib.
Xatırladaq ki, futbolçu kimi karyerasının əsas hissəsini "Zenit"də keçirib və 1984-cü ildə SSRİ çempionu olub.