Premyer Liqa klubu müdafiəçi transfer etdi

"Brentford" "Zaltsburq"dan Yannik Şüsteri transfer edib.

Newsport.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

İngiltərə klubu avstriyalı mərkəz müdafiəçisi üçün 18+2 milyon avro təzminat ödəyəcək. 19 yaşlı futbolçu ilə 2031-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalanıb.

Qeyd edək ki, Yannik Şüster bu mövsüm "Zaltsburq"un heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 1 qol vurub, 1 qol ötürməsi edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right