"Borussiya" İtaliya millisinin hücumçusu ilə müqavilə imzaladı

"Borussiya" hücumçu Samuele İnasionun müqaviləsinin müddətini uzadıb.

Newsport.az xəbər verir ki, bu barədə Bundesliqa nəhənginin rəsmi saytı məlumat yayıb.

İtaliya U-19 millisinin üzvü ilə 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Samuele İnasio 2024-cü ilin yayında "Borussiya"nın akademiyasına qoşulub. 18 yaşlı futbolçu bu mövsüm Dordmund təmsilçisinin heyətində Almaniya çempionatında meydana çıxdığı 6 matçda 1 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right