Çempionşip klubu "Nyukasl"dan 20 milyon funt-sterlinq tələb edir

"Midlsbro"nun yarımmüdafiəçisi Heyden Hanki karyerasını Premyer Liqada davam etdirə bilər.

Newsport.az xəbər verir ki, "Nyukasl" ingiltərəli futbolçunu transfer etmək istəyir. Bu barədə "Chronicle Live" məlumat yayıb.

"Sağsağanlar" Çempionşipdə mövsümün ən yaxşısı seçilən Hankini yayda heyətinə qatmağa çalışacaq. Klubu 23 yaşlı dayaq yarımmüdafiəçisi üçün 20 milyon funt-sterlinq tələb edir.

Qeyd edək ki, Heyden Hanki cari mövsümdə "Midlsbro"nun heyətində meydana çıxdığı 40 rəsmi matçda 6 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right