"Barselona"nın uzun müddət zədəli olan futbolçusu Andreas Kristensen sıraya dönüb

İspaniya təmsilçisi "Barselona"nın müdafiəçisi Andreas Kristensen uzun müddətli zədədən sonra La Liqanın XXXVI turunda "Alaves"lə oyun üçün heyətə daxil edilib.

Newsport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı futbolçu meydana çıxmaq üçün hazırdır.

O, ötən ilin dekabrında çarpaz bağlarından zədələnərək uzun müddətə sıradan çıxmışdı.

Qeyd edək ki, "Alaves" - "Barselona" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right