Mbappe və Arda Gülər “el klasiko”da olmayacaq

“Real”ın İspaniya çempionatının 35-ci turunda “Barselona” ilə qarşılaşmada meydana çıxa biləcək oyunçularının siyahısı açıqlanıb.

Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun son məşqində az iştirak edən fransalı hücumçu Kilian Mbappe heyətdə yer almayıb. Mbapeddən başqa, türkiyəli yarımüddafiəçi Arda Gülər də təqdim olunan heyətdə yoxdur.

Oyunçuların tam siyahısı belədir:

Qapıçılar: Tibo Kurtua, Andrey Lunin, Serxio Mestre;

Müdafiəçilər: David Alaba, Trent Aleksander-Arnold, Raul Asensio, Alvaro Karreras, Fran Qarsiya, Antonio Rüdiger, Din Heysen, Miyfild Enidjer;

Yarımmüdafiəçilər: Kamavinqa, Orelyen Tçuameni, Tiaqo Pitarç, Jorje Sestero, Sezar Palasios;

Hücumçular: Vinisius Junior, Qonsalo Qarsiya, Brahim Dias, Franko Mastantuono

Oyun bu gün keçiriləcək və saat 23:00-da başlayacaq. “Barselona” hazırda turnir cədvəlində “Real”ı 11 xal qabaqlayır. Kataloniyalılara çempion olmaq üçün bu matçda heç-heçə də bəs edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right