“Barselona”nın yarımmüdafiəçisi Dani Olmo qarşıdan gələn “el klasiko” ilə bağlı fikirlərini bölüşüb.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, “Real”ın matça maksimum motivasiya və aqressiya ilə çıxacağını gözlədiyini deyib:
“Onların itirəcək heç nəyi yoxdur. Buna görə də, tam güclə oynayacaqlar və qələbə üçün hər şeylərini ortaya qoyacaqlar”.
“Kamp Nou”da keçiriləcək qarşılaşma mayın 10-da, saat 23:00-da start götürəcək. Turnir cədvəlinə başçılıq edən “Barselona” ikinci pillədəki “Real”ı 11 xal qabaqlayır. Qələbə və ya heç-heçə onlar üçün La Liqa çempionluğunu vaxtından əvvəl təmin edə bilər.