Premyer Liqa klubu "Çelsi"dən 80 milyon funt-sterlinq tələb edir

"Brentford"un hücumçusu İqor Tiaqo İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.

Newsport.az xəbər verir ki, bu barədə ESPN televiziyası məlumat yayıb.

"Çelsi" Braziliya millisinin üzvünü yayda transfer etmək istəyir. Klubu 24 yaşlı forvard üçün 80 milyon funt-sterlinq təzminat tələb edir.

Qeyd edək ki, İqor Tiaqo bu mövsüm "Brentford"un heyətində keçirdiyi 27 oyunda 25 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2031-ci ilin yayına kimidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right